Modern.az

Çempionlar Liqası: “Qarabağ”ın II təsnifat mərhələsindəki rəqibi 

Çempionlar Liqası: “Qarabağ”ın II təsnifat mərhələsindəki rəqibi 

16 İyul 2024, 23:13

UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin cavab oyunları keçirilib.

 

Modern.az xəbər verir ki, “Qarabağ”ın potensial rəqibləri də cavab matçına çıxıblar. Cəbəllütariqin “Linkoln” klubu öz meydanında Maltanın “Hamrun Spartans” komandasını qəbul edib. Səfərdə rəqibinə 1:0 hesabı ilə qalib gələn "Linkoln" doğma meydanda eyni hesabla məğlub olub. Sonda qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq oynayan (5:4) Cəbəllütariq təmsilçisi Çempionlar Liqasının II təsnifat mərhələsinə vəsiqə qazanıb.

 

Komanda bu raundda "Qarabağ"la qarşılaşacaq.

 

Qeyd edək ki, “Qarabağ” II təsnifat mərhələsində ilk matçını səfərdə, cavab görüşünü isə evdə keçirəcək. Bu raundun oyunları iyulun 23-24-də və 30-31-də olacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri