Modern.az

“Qarabağ” - "Linkoln” matçının biletləri satışa çıxarıldı

“Qarabağ” - "Linkoln” matçının biletləri satışa çıxarıldı

İdman

19 İyul 2024, 09:06

UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində keçiriləcək “Qarabağ” - “Linkoln” (Cəbəllütariq) oyununun biletləri bu gündən - iyulun 19-u saat 11:00-dan etibarən satışa çıxarılır.

Modern.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb

İyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 10, 20, 30, 75 və 100  manat təşkil edir. 

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 200 manatdır.

 Satış məntəqələri:

iTicket.az-ın satış məntəqələri (iTicket.az-da onlayn satış);

Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu;

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;

Qeyd edək ki, “Qarabağ” “Linkoln”la ilk oyununu iyulun 23-də səfərdə, cavab matçını iyulun 30-u Bakıda keçirəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri