Modern.az

“Qarabağ”ın potensial rəqibi bəlli oldu

“Qarabağ”ın potensial rəqibi bəlli oldu

İdman

22 İyul 2024, 14:16

UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atılıb.

 

Modern.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə “Qarabağ”ın da potensial rəqibi müəyyənləşib.

 

Son Azərbaycan çempionu II raundda Cəbəllütariqin “Linkoln” klubunu mübarizədən kənarlaşdırsa, növbəti mərhələdə "Lüdoqorets" (Bolqarıstan) – "Dinamo" (Minsk, Belarus) cütünün qalibi ilə qarşılaşacaq.

 

Qeyd edək ki, Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk oyunları avqustun 6-7-də, cavab matçları isə avqustun 13-də keçiriləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır