Bu axşam Dünya Çempionatı-2026-da 1/4 final mərhələsinin növbəti oyunu keçiriləcək.
Modern.az xəbər verir ki, 1/4 finalın ikinci oyunu axşam saat 23:00-da başlayacaq: İspaniya millisi Belçika yığması ilə üz-üzə gələcək.
DÇ-2026:1/4 final
10 iyul, saat 23:00
İspaniya – Belçika
Xatırladaq ki, ötən gecə 1/4 finalın ilk oyununda Fransa Mərakeşə 2:0 hesabı ilə qalib gələrək yarımfinala çıxıb. Yarımfinal oyunları 14 iyulda başlayacaq.