Modern.az

"Neftçi"dən böyükhesablı qələbə

"Neftçi"dən böyükhesablı qələbə

İdman

10 İyul 2026, 23:18

Sloveniyada təlim-məşq toplanışında olan "Neftçi" növbəti yoxlama oyununu keçirib.

Modern.az xəbər verir ki, Yuri Vernidubun rəhbərlik etdiyi komanda Serbiyanın "Radniçki Niş" kollektivi ilə üz-üzə gəlib.

Gərgin keçən qarşılaşma Bakı təmsilçisinin inamlı qələbəsi ilə yekunlaşıb - 0:3. Görüşdə "ağ-qaralar"ın qollarını Breno Almeyda (dubl) və Ağadadaş Salyanslı vurublar.

Xatırladaq ki, "Neftçi" Sloveniya toplanışı çərçivəsində keçirdiyi əvvəlki yoxlama oyunlarında Serbiyanın "Partizan" (0:1) və Rumıniyanın "ÇFR Kluj" (1:2) komandalarına məğlub olmuşdu.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi