Modern.az

“Seltik” Durana görə “Qarabağ”a 6,4 milyon avro ödəyəcək

“Seltik” Durana görə “Qarabağ”a 6,4 milyon avro ödəyəcək

İdman

Bu gün, 13:09

“Qarabağ” futbolçusu hücumçu Kamilo Duranın Şotlandiyanın “Seltik” komandasına keçidi barədə açıqlama yayıb.

Modern.az-ın məlumatına görə, “Qarabağ”ın açıqlamasında qeyd edilib ki, futbolçunun transferi ilə bağlı Şotlandiyanın “Seltik” klubunun təklifi və kolumbiyalı hücumçunun istəyi nəzərə alınaraq müsbət cavablandırıb.

Klublar arasında aparılan danışıqların uğurla yekunlaşıb və tərəflər arasında razılıq əldə olunub.  

“Seltik”in yaydığı açıqlamada isə bildirilib ki, Kamilo Duran ilə 5 illik müqavilə imzalanıb

Şotlandiya mediasının yazdığın görə, bu transferə görə “Seltik” “Qarabağ”a 5,5 milyon funt (6,4 milyon avro) təzminat ödəyəcək.

2025-ci ilin yayından “Qarabağ”ın formasını geyinən cənubi amerikalı futbolçu komandanın heyətində 45 oyunda 15 qol vurub. O, “Qarabağ”la birlikdə UEFA Çempionlar Liqasının Liqa mərhələsini adlayaraq pley-offun iştirakçısı olub.
“Qarabağ” Kamilo Durana çıxışı dövründə göstərdiyi xidmətlərə görə təşəkkür edib, karyerasında uğurlar arzulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi