Modern.az

Azərbaycan UEFA reytinqində irəlilədi

Azərbaycan UEFA reytinqində irəlilədi

İdman

Bu gün, 10:28

Azərbaycan klublarının Avropa miqyaslı turnirlərdə ardıcıl qələbə qazanmaları ölkəmizin UEFA reytinqində irəliləməsinə səbəb olub.

Modern.az xəbər verir ki, bu barədə Avropa futbol qurumunun (UEFA) rəsmi saytı məlumat yayıb.

Bildirilir ki, bu həftə Azərbaycanın aktivinə 0,750 əmsal yazılıb.

UEFA Avropa Liqasının I təsnifat mərhələsində mübarizəyə başlayan "Qarabağ" Bakıda İslandiyanın "Vestri" klubuna qalib gəlib – 3:0. Bu qələbə ölkəmizin reytinqinə 0,250 əmsal qazandırıb.

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində qüvvəsini sınayan "Sabah" Uelsin TNS komandasına (2:0), UEFA Konfrans Liqasında çıxış edən "Zirə" isə Gürcüstan "Torpedo"suna (3:0) qalib gəlib. Bu komandaların hər biri də öz növbəsində ümumi hesaba 0,250 əmsal əlavə edib.

Hazırda Azərbaycan 19,312 xalla sıralamada 26-cı pillədə qərarlaşıb. Reytinq cədvəlində ölkəmizdən bir pillə geridə olan Slovakiya (18,250) 27-ci, bir pillə öndə yer alan İsrail (20,750) isə 25-ci yerdədir. Siyahıya isə 101,852 xalla İngiltərə liderlik edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada Türkiyəyə HÜCUMLAR BAŞLADI - Cavabınızı alacaqsınız!