Modern.az

Millimiz Albaniyanı məğlub etdi 

Millimiz Albaniyanı məğlub etdi 

23 İyul 2024, 21:50

Azərbaycanın 18 yaşadək qızlardan ibarət basketbol millisi Avropa çempionatında ilk oyununa çıxıb.

 

Modern.az xəbər verir ki, yığma Priştinada keçirilən C divizionunun B qrupunda Albaniya seçməsi ilə üz-üzə gəlib. Görüş milli komandanın 72:53 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Qarşılaşmanın ən məhsuldar basketbolçusu millimizin üzvü Angelina İsmayılova (21 xal, 4 ribaund) olub.

 

Azərbaycan yığması qrupdakı növbəti matçını iyulun 24-də Bakı vaxtı ilə saat 19:00-da Gürcüstana qarşı keçirəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri