Modern.az

Dövlət xəttilə kirayəyə verilmiş mənzillərin SAYI

Dövlət xəttilə kirayəyə verilmiş mənzillərin SAYI

1 Dekabr 2022, 15:06

Bu günə qədər İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 41 898 borcalana 2 milyard 386,16 milyon manat kredit verib.

 

Modern.az xəbər verir ki, bu barədə İKZF məlumat yayıb.

 

Rəsmi məlumata görə, indiyə qədər 331,176 milyon manat məbləğində biznes kreditlərinə zəmanət verilib, 2 900 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib.

 

Xatırladaq ki, Fond 2017-ci ilin sonunda “Azərbaycan İpoteka Fondu” və “Kredit Zəmanət Fondu” ASC-lərin birləşməsi nəticəsində yaradılıb və onların hüquqi varisidir. Fond milli maliyyə təsisatlarına uzunmüddətli subsidiyalaşdırılmış ipoteka kreditlərinin verilməsi və ucuz maliyyə resurslarına çıxışın təmin edilməsi ilə bağlı likvidlik dəstəyini verən dövlət agenti kimi fəaliyyət göstərir.

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?