Modern.az

Avropada qazın qiyməti 5 dəfədən çox ucuzlaşdı

Avropada qazın qiyməti 5 dəfədən çox ucuzlaşdı

İqtisadiyyat

1 Avqust 2023, 18:00

Bu ilin iyul ayında Avropada qazın 1000 kubmetrinin TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə orta qiyməti 336 ABŞ dolları təşkil edib, bu da iyun ay ilə müqayisədə 8% azdır.

 

Modern.az xəbər verir ki, illik müqayisədə (ötən ilinin iyul ayı ilə müqayisədə - red.) cari ilin iyul ayında Avropada qaz 5,4 dəfə ucuzlaşıb.

 

Qeyd edək ki, bu ilin iyun ayında Avropada qazın 1000 kubometrinin TTF indeksi üzrə orta qiyməti təqribən 365 dollar, 2022-ci ilin iyul ayında isə 1 807 dollar təşkil edib.

 

Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi