Modern.az

Ərzaq qiymətləri kəskin ARTIB

Ərzaq qiymətləri kəskin ARTIB

5 Avqust 2023, 10:14

Anomal istilər və tədarüklə bağlı məhdudiyyətlər fonunda dünyada ərzaq qiymətləri artıb.

 

Modern.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) hesabatında qeyd olunub.

 

Agentlikdən bildirilib ki, iyul ayında qida məhsullarının qiymət indeksi 1,3 faiz artıb. İyun ayında iki illik minimuma çatdıqdan sonra üç ayda ilk dəfə olaraq belə bir artım qeydə alınıb. Qiymətlərin artmasına dünyada tədarüklə bağlı yaşanan problemlər təsir edib.

 

Bundan başqa, ərzaq qiymətləri indeksinin dəyəri ötən ilin martında müəyyən edilmiş rekorddan xeyli aşağı olsa da, onun artması ərzaq inflyasiyası üçün yeni riskə çevrilir və bu da yüksək risk olaraq qalır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!