Modern.az

Jurnalist Səbuhi Məmmədli xəstəxanaya YERLƏŞDİRİLDİ

Jurnalist Səbuhi Məmmədli xəstəxanaya YERLƏŞDİRİLDİ

26 Sentyabr 2022, 18:20

Tanınmış jurnalist, Lent.az saytının əməkdaşı Səbuhi Məmmədli xəstəxanaya yerləşdirlib.

Modern.az saytının məlumatına görə, S.Məmmədli Akademik Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə yatırılıb. Ona yüksək şəkərli diabet və kəskin ürək çatışmazlığı diaqnozu qoyulub.

Əməkdaşımız hazırda xəstəxanada müalicə olunan jurnalistlə əlaqə saxlayaraq, onun  vəziyyətilə maraqlanıb. Həmkarımız vəziyyətinin qənaətbəxş olmadığını vurğulayıb.

S.Məmmədlinin sözlərinə görə, Mətbuat Şurasının ötən şənbə keçirilmiş VIII qurultayının nümayəndəsi olsa da, həmin gün xəstəxanaya yerləşdirilməsi səbəbindən tədbirə qatıla bilməyib.

Jurnalist hazırda intensiv müalicə aldığını söyləyib. Həmkarımız TƏBİB-dən və xəstəxanadan böyük qayğı gördüyünü də sözlərinə əlavə edib.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü