Modern.az

Azərbaycanda jurnalistlər heç bir kriteriyaya görə deputatlardan geri qalmır

Azərbaycanda jurnalistlər heç bir kriteriyaya görə deputatlardan geri qalmır

17 İyul 2024, 11:40

"Parlament seçkiləri hər bir xalqın taleyində mühüm rol oynayır. İnsanlar seçki vasitəsilə qanunverici orqanda 5 il onları təmsil edəcək şəxsləri seçirlər. Düşünürəm ki, bu prosesə son dərəcə diqqətlə yanaşmalı, ən layiqli namizədi seçməliyik". 

 

Modern.az xəbər verir ki, bu sözləri "Şərq" qəzetinə açıqlamasında Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə deyib. O, Azərbaycan jurnalistləri arasında deputat seçilməyə layiq olan, hətta buna haqqı çatan xeyli sayda qələm adamının olduğunu bildirib: "Biz jurnalistlərin yaxşı deputat olduğunu "Xalq qəzeti"nin baş redaktoru Əflatun Amaşovun, mərhum Qənirə Paşayevanın, Əməkdar jurnalist Vüqar Rəhimzadənin, yazıçı-jurnalist Aqil Abbasın, Ali Media Mükafatı laureatı Aynur Camalqızının və digər həmkarlarımızın timsalında görmüşük. Əminəm ki, hazırda estafeti davam etdirməyə xeyli layiqli namizəd var.

 

Rəşad Məcid, Rauf Arifoğlu, Akif Aşırlı, Umud Rəhimoğlu, Elşad Eyvazlı, Azər Həsrət, Aqil Camal, Elçin Mirzəbəyli, Zaur Əhməd, Bahar Rüstəmli, Elşad Paşasoy, Elxan Şükürlü çox yaxşı deputat ola, xalqa vəkillik edə bilərlər. Bu siyahını daha da genişləndirmək olar. Jurnalistlərin savadı, dünyagörüşü, təcrübəsi buna imkan verir. Jurnalist tanıyıram ki, 5 ildi əyalətdən seçilmiş bir deputatın adından məqalələr yazır, açıqlamalar verir. Azərbaycanda onlarla jurnalist var ki, heç bir kriteriyaya görə indiki deputatlardan geri qalmır. Bu adamların Milli Məclisdə təmsil olunması xalq üçün qazancdır". 

 

S.Verdizadə seçki marafonuna qoşulmaq niyyətində olmadığını bildirib. Qeyd edib ki, onun ən yaxşı bacardığı iş yazmaqdır: “Cəbrayılın çox savadlı, bacarıqlı, ləyaqətli, işgüzar deputatı var. İnanıram ki, hakim Yeni Azərbaycan Partiyası bu dəfə də millət vəkili Ceyhun Məmmədovun namizədliyini irəli sürəcək. O, mandatı ilə, mən isə qələmimlə xalqa xidmət edəcəyik”.

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri