Modern.az

Sülhməramlıların Qarabağdan çıxarılması Türkiyəni məmnun etdi - Fuat Oktaydan özəl AÇIQLAMA

Sülhməramlıların Qarabağdan çıxarılması Türkiyəni məmnun etdi - Fuat Oktaydan özəl AÇIQLAMA

Ölkə

25 Aprel 2024, 15:02

“Rusiya sülhməramlılarının vaxtından əvvəl Qarabağı tərk etməsi Türkiyəni son dərəcə məmnun etdi”. 


Bunu Modern.az-a özəl açıqlamasında Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay Rusiya sülhməramlılarının vaxtından əvvəl ölkəni tərk etməsi ilə bağlı sualı cavablandırarkən bildirib. 

 

O qeyd edib ki, bundan sonra da Türkiyə bölgənin rifahı üçün dəstək göstərəcək:

 

“Bildiyiniz kimi, bu razılaşma beş il müddətində aparılmışdı. Vaxtından əvvəl olaraq Azərbaycan və Rusiya arasında aparılan danışıqlar fonunda Rusiya sülhməramlıları ölkəni tərk etdi. Bu, iki ölkə üçün də çox vacib addımdır. Deyə bilərik ki, təhlükəsizlik və işğal məsələsi artıq öz həllini tapıb. Bundan sonra bölgənin rifahının qaldırılması üçün işlər görüləcək. Bu da təbii ki, ordu ilə deyil, iqtisadi və digər sahələrdə aparılan danışıqlarla olacaq. Biz Türkiyə olaraq da bunu böyük qiymətləndiririk. Eyni zamanda bölgənin rifahı üçün əlimizdən gələni edəcəyik”.

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok