Modern.az

Milli Məclisdə Tehrandakı terror pislənildi

Milli Məclisdə Tehrandakı terror pislənildi

Parlament

1 Fevral 2023, 11:08

Bildiyiniz kimi, yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Səfirliyimizdə terror nəticəsində diplomatik nümayəndəliyin mühafizəçisi Orxan Əsgərov həlak olub, iki nəfər yaralanıb.

 

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında spiker Sahibə Qafarova bildirib.

 

“Milli Məclis səfirliyimizə qarşı törədilən terroru pisləyib və qanlı cinayətdə əli olanların ən sərt şəkildə cəzalandırılmasını tələb edib. Bir daha həyatını itirən diplomatik nümayəndəliyin mühafizəçisi Orxan Əsgərova Allahdan rəhmət, ailəsinə səbr diləyirəm”, - deyə spiker bildirib.

 

Qeyd edək ki, bu gün Milli Məclisin yaz sessiyasında ilk plenar iclası keçirilir.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!