Modern.az

Elektrik satışı “Azərişıq”dan alınacaq - RƏSMİ

Elektrik satışı “Azərişıq”dan alınacaq - RƏSMİ

Aktual

21 Fevral 2023, 11:52

Gələcəkdə “Azərişıq” ASC elektrik enerjisi satmayacaq, bu forma beynəlxalq standartlara uyğunlaşdırılacaq.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında çıxış edən Energetika Nazirliyinin Hüquq şöbəsinin müdiri İbrahim Ağayev deyib.

 

Onun sözlərinə görə, “Azərişıq”dan elektrik enerjisinin satışı çıxarılacaq. Bundan əlavə, qurum yalnız satış deyil, alış edə bilməyəcək.

 

"Gələcəkdə “Azərişıq” yalnız bir fəaliyyətlə məşğul olacaq. Qurumda ancaq paylama funksiyası saxlanılacaq. Satış məsələsində isə rəqabət mühiti yaradılacaq. Burada satışı artıq özəl şirkətlər edəcək. Bununla da ölkədə enerji sahəsində özəl sektor olaraq rəqabət yaradılacaq”, - deyə nazirlik rəsmisi bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım