Modern.az

Azərbaycan daha bir beynəlxalq sənədə qoşulur - YENİLƏNİB

Azərbaycan daha bir beynəlxalq sənədə qoşulur - YENİLƏNİB

14 Mart 2023, 11:40

Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında Azərbaycanın daha bir beynəlxalq sənədə qoşulması müzakirə edilib.

 

Modern.az xəbər verir ki, komitənin iclasında “Müstəqil Dövlətlər Birliyin iştirakçısı olan dövlətlərin geodeziya, xəritəçəkmə, kadastr və Yerin məsafədən zondla tədqiq edilməsi sahələrində qarşılıqlı fəaliyyəti haqqında 1992-ci il 9 oktyabr tarixli Sazişdə dəyişiklik edilməsi barədə” Protokolun təsdiq edilməsi məsələsi müzakirəyə çıxarılıb.

 

Müzakirədə qeyd olunub ki, Sazişin yerinə yetirilməsi ilə əlaqədar Dövlətlərarası Şura yaradılacaq. Bu Şura da MDB-nin sahə əməkdaşlıq orqanına çevriləcək.

 

***

Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilir.

 

Modern.az xəbər verir ki, iclasın gündəliyinə 3 məsələ daxil edilib.

 

Bunlar aşağıdakılardır:

 

1. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Polis haqqında”, “Baytarlıq haqqında” və “Atçılıq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

 

2. “Birliyin iştirakçısı olan dövlətlərin geodeziya, xəritəçəkmə, kadastr və Yerin məsafədən zondla tədqiq edilməsi sahələrində qarşılıqlı fəaliyyəti haqqında 1992-ci il 9 oktyabr tarixli Sazişdə dəyişiklik edilməsi barədə” Protokolun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi.

 

3. Cari məsələlər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi