Modern.az

Azay Quliyev seçicilərilə görüş keçirib - FOTOLAR

Azay Quliyev seçicilərilə görüş keçirib - FOTOLAR

15 Mart 2023, 20:21

Bu gün deputat Azay Quliyev 8-ci mikrorayon, Nizami Nərimanov küçəsi, 20, 21, 22, 26 saylı və 6-cı mikrorayon Svetlana Məmmədova küçəsi, 201, 203, 207, 209, Üzeyir Hacıbəyov küçəsi, 2a, 4, 6, 2/10, 4b, İsrafil Həşimov küçəsi, 8, 4a, 205b, 6a və İlqar Cümşüdov küçəsi, 1/7, 3, 4, 15, 15a saylı binaların həyətində seçiciləri ilə görüş keçirib. 

 

Modern.az xəbər verir ki, görüşdə iştirak edən seçicilər 8-ci mikrorayon, Nizami Nərimanov küçəsi, 20, 21, 22 və 26 saylı binaların həyətində yerləşən qeyri- yaşayış sahəsinin ilkin təyinatına uyğun istifadə olunması və əhalinin qanuni maraqlarına zidd tikinti fəaliyyətinə yol verilməməsinə kömək etməyi xahiş ediblər.

 

6-cı mikrorayonda keçirilən görüşdə isə seçicilər fəaliyyətini dayandırmış 27 saylı şəhər poliklinkasının binasının yenidən tikilməsi ilə bağlı deputata edilən müraciətin nəticəsi ilə maraqlandılar. Azay Quliyev bildirdi ki, poliklinika binasının tikintisi ilə əlaqədar müvafiq dövlət qurumları qarşısında məsələ qaldırılmış və cari ilin investisiya planına salınmasına nail olunmuşdur. Yaxın aylarda 27 saylı poliklinika üçün yeni binanın tikintisi gözlənilir. Görüşdə iştirak edən Səhiyyə Nazirliyinin məsul əməkdaşları Asif Əmirəhmədov və Elçin Paşayev müvafiq işlərə başlamaq üçün nəzərdə tutulan işlər barəsində ətraflı məlumat verdilər. Seçicilərin qaldırdığı digər məsələlərinin həlli ilə əlaqədar mərkəzi və yerli icra hakimiyyət orqanlarının nümayəndələri, o cümlədən rayon bələdiyyəsinin rəhbərinin iştirakı ilə konkret qərarlar qəbul ediblər.

 

Deputat vətəndaşları narahat edən digər məsələlərin də araşdırılıb həlli ilə bağlı müvafiq addımların atılacağını bildirib.

 

Görüşdə Binəqədi bələdiyyəsinin sədri Mürsəl Eminov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin Bakı filialının müdir müavini Cahandar Axundov və Binəqədi rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli SİƏD üzrə nümayəndəsi Dilbər Şükürova iştirak edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Anbaan görüntülər: Kamil Zeynallı belə azadlığa buraxıldı