Modern.az

Hakimlər üçün minimum yaş tələbi LƏĞV EDİLDİ 

Hakimlər üçün minimum yaş tələbi LƏĞV EDİLDİ 

Parlament

23 Fevral 2024, 13:24

Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir.

 

Modern.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Məhkəmələr və hakimlər haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

 

Layihə səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

 

Qanuna görə, Azərbaycan Respublikası Konstitusiyasının 126-cı maddəsinin birinci hissəsinə uyğun olaraq seçkilərdə iştirak etmək hüququna malik olan, ali hüquq təhsilli, hüquqşünas ixtisası üzrə 5 ildən artıq işləyən Azərbaycan Respublikası vətəndaşları hakim ola biləcəklər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü