Modern.az

Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyası başa çatdı

Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyası başa çatdı

Parlament

23 Fevral 2024, 15:48

Fevralın 23-də Bakının ev sahibliyi etdiyi Asiya Parlament Assambleyasının (APA) 14-cü plenar sessiyası öz işini başa çatdırıb.

 

Modern.az xəbər verir ki, “Asiyada dayanıqlı inkişaf naminə regional əməkdaşlığın gücləndirilməsi” mövzusuna həsr olunmuş sessiyada 40-dək ölkənin parlament nümayəndə heyəti, o cümlədən 10-a yaxın ölkənin spikeri iştirak edib.

 

Plenar sessiyanın ikinci günündə APA-nın daimi komitələrinin hesabat məruzələri dinlənilib. Sonra Bəhreyn, İraq, Qətər, Rusiya Azərbaycanın sədrlik etdiyi APA-nın 2024-cü il üçün sədr müavinləri qismində seçilib.

 

Daha sonra Ərəb Parlamentləri Baş Katibləri Assosiasiyasının (ASGAP) APA-ya müşahidəçi statusu məsələsinə baxılıb.

APA-nın 14-cü sessiyasının sonunda Bakı Bəyannaməsi və Assambleyanın yekun hesabatı qəbul edilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir