Modern.az

Azad edilən ərazilərdə 20 min seçici var - Onlar tarixə düşəcək... - VİDEO

Azad edilən ərazilərdə 20 min seçici var - Onlar tarixə düşəcək... - VİDEO

Qarabağ

8 Dekabr 2023, 16:20

Azad edilmiş ərazilərdə seçki məntəqələri təşkil ediləcək.

 

Modern.az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.

 

Sədrin sözlərinə görə, bu ərazilərdə həbçilərlə birgə 20 min seçici var.

 

"Biz onların rahat şəkildə səsverməsinə şərait yaradacağıq. Bu insanlar ilk dəfə işğaldan azad olunduğu ərazilərdə səs verməklə tarixə düşəcəklər", - o qeyd edib.

 

Qeyd edək ki, dövlət başçısı İlham Əliyev dekabrın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilməsi barədə Sərəncam imzalayıb. Sərəncamla 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müdafiə xətti yarıldı,Ordumuz irəlilədi- Bu ərazilər nəzarətimizə keçdi