Suriyada “Ən-Nusra Cəbhəsi” qruplaşmasının Abu Daud əl-Baljiki kimi tanına səhra komandirlərindən biri məhv edilib. Modern.az xarici mediaya istinadən bildirir ki, Belçika KİV-nin məlumatına görə, yaraqlı İdlib əyalətinə hava zərbəsi zamanı ölüb.
Onunla birgə daha 15 ekstremistin məhv edildiyi vurğulanır. Abu Daud əl-Baljiki haqda heç bir məlumat yoxdur. Məlum olan budur ki, o, qruplaşmada yüksək post tutub.
Modern.az