Modern.az

Çimərlik mövsümünə hazırıq? - FOTO

Çimərlik mövsümünə hazırıq? - FOTO

Актуально

16 May 2016, 10:47

Artıq çimərlik mövsümünün açılışına bir aydan da az vaxt qalır. 2016-cı il çimərlik mövsümünə hazırlıq və su hövzələrində baş verə biləcək hadisələrin əvvəlcədən qarşısının alınması məqsədi ilə Fövqaladə Hallar Nazirliyi (FHN)Dövlət Sularda Xilasetmə Xidməti aprelin 20-dən etibarən Xəzər dənizinin Abşeron yarımadasında yerləşən sahil zolağında monitorinqlərə başlayıb.

Bu haqda Modern.az saytının müvafiq soruğusuna cavabında qurumun təbliğat-təşkilat şöbəsinin müdiri Mansur Piriyev məlumat verib.

“Artıq Bakının Suraxanı, Səbail, Qaradağ, Binəqədi rayonlarının Xəzər dənizi ilə sahil zolağında monitorinqlər və onların nəticələri ilə bağlı geniş rayon müşavirələri həyata keçirilib. Bu tədbirlər hazırda davam etdirilir və Abşeron yarımadasından sonra respublikamızın digər su hövzələri üzrə həyata keçirilməsi nəzərdə tutulub”.

M.Piriyev qeyd edib ki, keçirilmiş monitorinqlər zamanı su hövzələrinin sahil zolağında insanların təhlükəsizliyi və istirahəti, eyni zamanda xilasetmə əməliyyatları zamanı maneə yaradacaq amillər araşdırılıb, aşkar olunaraq fotoşəkilləri çəkilib:

“Monitorinqlər zamanı rayon ərazisində yerləşən su hövzələrində insanların təhlükəsizliyi və baş verə biləcək fövqəladə hadisələrlə bağlı qarşıya çıxan problemlərin həlli yolları yerində təhlil olunur. Aşkar olunmuş nöqsanlar monitorinqlərin nəticələri ilə bağlı Rayon İcra Hakimiyyətlərində keçirilmiş müşavirələrdə fotoslaydlarla nümaiş etdirilərək müzakirə olunur.

Bu tədbirlərdə iştirakçılara Dövlət Sularda Xilasetmə Xidmətinin fəaliyyət istiqamətləri və ölkə ərazisindəki su hövzələrində təhlükəsizlik tədbirləri ilə bağlı məlumatlar çatdırılır, sularda təhlükəsizlik qaydaları ilə bağlı zəruri məlumatlar əks olunan təbliğat materialları paylanılır”.

Fövqəladə Hallar Nazirliyinin Akademiyasının metodiki köməkliyi ilə fevral ayında Aran Regional Mərkəzin və Xidmətin bazasında “Matros-xilasedicilərin hazırlıq kursu” təşkil olunub. Bununla yanaşı çimərlik mövsümünə hazırlıq məqsədi ilə xilasedicilər və işə qəbul üçün müraciət edən peşəkar üzgüçüləri cəlb etməklə müxtəlif kurslar təşkil olunub.

Bunlara su nəqliyyat vasitələrini idarə etmək üçün təşkil olunan motorçu-sükançı və dalğıc kurslarını göstərmək olar. Yeri gəlmişkən qeyd edim ki, 2 may tarixindən Xidmətin bazasında III qrup 3-cü dərəcəli dalğıc hazırlığı kursunun tədrisinə başlanılıb və hal-hazırda davam edir.

Həmin kursları keçən şəxslər kurs bitdikdən sonra imtahan verir, müvafiq ixtisas və dərəcəni göstərən sənədlərlə təmin olunurlar. Eyni zamanda bu kurslar xilasedicilərimizin peşəkarlığını, nəzəri və praktik hazırlıqlarını artırmağa imkan yaradır”.

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı