Modern.az

Şəkidə baş verən qəzada sürücü ağır yaralandı

Şəkidə baş verən qəzada sürücü ağır yaralandı

Aktual

6 İyul 2016, 11:21

 

Ötən gün axşam saat 11 radələrində Şəkidə yol qəzası baş verib.

 

Modern.az Region TV-yə istinadən xəbər verir ki, hadisə Salman Mümtaz küçəsi və Heydər Əliyev prospektinin kəsişməsində yerləşən dairədə meydana gəlib.

 

Belə ki, Qoxmuq kənd sakini 1976-cı il təvəllüdlü Saatov Rafiq idarə etdiyi motosikletlə dairəyə çırpılıb.

 

Qəza nəticəsində Rafiq Saatov ağır xəsarət alıb.

 

 Xəstə dərhal Şəki RMX-na çatdırılıb.

 

 Həkimlər tərəfindən ilkin tibbi yardım göstərildikdən sonra xəstə reanimasiya şöbəsinə yerləşdirilib.

 

 Şəki RMX-dan verilən məlumata görə hazırda xəstənin vəziyyəti ağır olaraq qalır.

 

Faktla bağlı Baş Dövlət Yol Polis idarəsində araşdırma aparılır.

 

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı