Vaxt ötdükcə Türkiyədə baş verən hadisələr yeni vüsət almağa başlayır. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, artıq hökumətə dəstək artmaqdadır. Bu arada Türkiyə Silahlı Qüvvələrinin 1-ci Ordu komandanı, ordu generalı Ümit Dündar ölkədə baş verənlərlə bağlı açıqlama verib: “İstanbul və Ankarada narahatedici bir durum mövcud deyil. İstanbul valisi ilə birlikdə İstanbulun nəzarət altına alınması üçün çalışırıq. Hərbi çevrilişə cəhd göstərənlər ordu içərisində yalnız kiçik bir qrupdur. Bu çevriliş çəhdinə qatılmayan digər hərbçilərlə birlikdə gərəkli tədbirləri həyata keçiririk".
Modern.az