Atatürk Hava limanının baş giriş qapısı önündə dövlət çevrilişi cəhdinə etiraz edən yüzlərlə türk vətəndaşı Fətullah Gülənin maketini edam ediblər.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, 15 İyul gecəsi dövlət çevrilişi cəhdinin ardından küçələrə tökülən xalq etirazlarını davam etdirir.
Əllərində Türkiyə bayraqları olan yüzlərlə vətəndaş Fətullah Gülənə qarşı şüarlar səsləndirərək etiraz ediblər. Atatürk Hava Limanının giriş qapısında toplanan vətəndaşlar Fətullah Gülənin maketini boynundan iplə asaraq edam ediblər.
Mirmahmud KAZIMOĞLU