Modern.az

İstirahətə gedən qadın və nəvəsini avtomobil vurub

İstirahətə gedən qadın və nəvəsini avtomobil vurub

Aktual

18 İyul 2016, 22:03

Sumqayıtdan Daşkəsənə dincəlməyə gələn qadını və onun azyaşlı nəvəsini avtomobil vurub. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Xoşbulaq kəndi ərazisində qeydə alınıb. Belə ki, Sumqayıt şəhər sakini, kəndə dincəlməyə gedən 1952-ci il təvəllüdlü Ayna Bəşirova və onun azyaşlı nəvəsi yolu keçmək istəyərkən “Hyundai” markalı avtomobil tərəfindən vurulub.

 

Yaralı Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. A. Bəşirovaya sol bazu sümüyünün sınığı, alın nahiyəsinin sıyrılmış yarası, azyaşlı qız nəvəsinə isə sağ ayağının zədələnməsi diaqnozu qoyulub.

 

Faktla bağlı Daşkəsən rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı