Modern.az

Türkiyə səfiri sabah mətbuat konfransı keçirəcək

Türkiyə səfiri sabah mətbuat konfransı keçirəcək

Current

20 İyul 2016, 10:13

Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun sabah, iyulun 21-i saat 16:00-da mətbuat konfransı keçirəcək.

Modern.az saytının xəbərinə görə, mətbuat konfransı Türkiyədə iyulun 15-də baş verən dövlət çevirilişi cəhdi və ondan sonra baş verən hadisələr, gündəmlə bağlı olacaq.

Səfir İsmayıl Alper Coşqun Türkiyədəki hadisələrlə bağlı azərbaycanlı jurnalistlərin suallarını cavablandıracaq.

Xatırladaq ki, iyulun 15-dən 16-na keçən gecə Türkiyədə bir qrup hərbçi dövlət çevrilişinə cəhd edib. Bu cəhdin qarşısı alınıb, qiyamda iştirak edən hərbçilər həbs olunub. Türkiyə hakimiyyəti qiyamçıların Fətullah Gülən tərəfdarları olduğunu bəyan edib.

 

Ağa AKİFOĞLU

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı