Son illər yaydığı məxfi sənədlərlə dünyanı təəccübləndirən məşhur WikiLeaks portalı Türkiyə ilə bağlı açıqlayacağına söz verdiyi materialları dərc edib.
Modern.az-ın xəbərinə görə, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
WikiLeaks-də Türkiyədəki 762 elektron poçt ünvanından 294 min 548 yazışma və minlərlə əlavə dosye açıqlanıb.
Dosyelərin ən yenisi 6 iyul 2016-cı il tarixli, ən köhnəsi isə 2010-cu il tarixlidir.
WikiLeaks sənədlərin yerləşdirildiyi sayta hücumlar olduğunu və buna görə də sayta giriş məsələsində problem yarandığını bəyan edib.
Türkiyədə isə artıq həmin sayta giriş qapadılıb.
Ağa AKİFOĞLU