“Türkiyədə edam cəzası bərpa olunsa, belə Fətullah Gülənin edam olunması mümkünsüzdür. Çünki ilk növbədə Amerika Güləni Türkiyəyə heç vaxt qaytarmaz”.
Bu sözləri Modern.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə deyib.
O bildirib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın əlində Fətullah Gülənə qarşı heç bir dəlil və sübut yoxdur:
“Ona görə ki, hələ də Ərdoğan 15 iyul hərbi çevrilişə cəhdi Fətullah Gülənin etdiyini sübut edə bilmir. Heç bir dəlili, sübutu yoxdur”.
Zərdüşt Əlizadə hesab edir ki, Fətullah Gülənin ABŞ-dan Türkiyəyə ekstradisiya mümkün deyil:
“Ekstradisiya söhbəti boş söhbətdir. Heç bir vəchlə bunu ağıla gətirmək olmaz Çünki bu ABŞ-ın bu günə qədər qazandığı nüfuzuna ciddi zərbə olar.
Digər tərəfindən isə ABŞ özü də Ərdoğanın Gülənə səsləndirdiyi ittihamlara əsas tələb edir. Bu baxımdan Fətullah Gülən Türkiyəyə ekstradisiya olunmayacaq. Belə olan halda da heç vaxt Gülən edam oluna bilməz”-deyə Zərdüşt Əlizadə vurğulayıb.
Ağa AKİFOĞLU