Modern.az

148 metr su borusu oğurlayanlar saxlanılıb

148 metr su borusu oğurlayanlar saxlanılıb

Aktual

11 Avqust 2016, 20:11

148 metr su borusu oğurlamaqda şübhəli bilinən Şəki sakinləri tutulub.

 

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, 148 metr su borusu oğurlamaqda şübhəli bilinən Şəki rayonunun Baş Şabalıd kənd sakinləri Bəkir Bəkirov və Adil Səmədov saxlanılıblar.

 

Bildirilir ki, avqustun 10-da Şəki rayonunun Baş Şabalıd kənd sakinləri Məkkə Məmmədovaya və Bənam İsmayılovaya məxsus həyətyanı sahələrdən ümumilikdə 148 metr su borusu oğurlanıb.

 

Şəki ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinənlər - həmkəndliləri B.Bəkirov və A.Səmədov saxlanılıblar.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı