Modern.az

Deputatı güllələyən ata və oğula hökm oxundu

Deputatı güllələyən ata və oğula hökm oxundu

Актуально

15 Avqust 2016, 17:14

Karaçay-Çerkesya məhkəməsi respublika parlamentinin deputatı Muhamed Kunijevanı öldürməkdə təqsirkar bilinən ata ilə oğul barəsində hökm elan edib. Modern.az Rusiya mediasına istinadən bildirir ki, istintaq məlumatına görə, şübhəlilər 2014-cü ilin iyul ayında deputatın futbol oynadığı Psık aulunun qərb sahilindəki futbol meydançasına gəliblər.

İki-beş metrlik məsafədən onlardan biri Kunijevə karabindən 3 dəfə atəş açıb, bundan sonra ikinci travmatik tapançadan da 3 dəfə atəş açıb.

 

Cinayəti törətməkdə şübhəli bilinən aulun sakinləri – 61 yaşlı Psabida Evqamukov və onun 32 yaşlı oğlu Xomqot həbs ediliblər. məhkəmənin hökmü ilə oğul 12, ata isə 7 il azadlıqdan məhrum ediliblər. ata ilə oğul həm də zərərçəkənlərə 3,4 milyon rubl ödəməlidirlər.

 

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı