Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu bu gün Yerevana yola düşüb. Modern.az saytı Rusiya mediasına istinadən xəbər verir ki, Sergey Şoyqu Ermənistan paytaxtında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) müdafiə nazirləri şurasının iclasında iştirak edəcək. İclas avqustun 16-da keçiriləcək.
Qeyd edək ki, S.Şoyqu Ermənistana avqustun 14-15-də işgüzar səfər etdiyi Azərbaycandan yollanıb.
Modern.az