Modern.az

Dövlət Sərhəd Xidməti tender elan etdi

Dövlət Sərhəd Xidməti tender elan etdi

Güncel

16 Avqust 2016, 11:07

Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) "Mi-17-1V" tipli helikopterlər üçün ehtiyat hissələrinin alınması ilə bağlı tender elan edib.

 

Modern.az-ın xəbərinə görə, iştirakçılar heç bir halda geri qaytarılmayan 1 500 manatlıq iştirak haqqı ödəməlidir.

 

Həmçinin, zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olacaq tender təklifi dəyərinin 2%-i həcmində bank təminatının da təqdim edilməsi tələb olunur.

 

İddiaçılar tenderdə iştirak etmək üçün sənədləri sentyabrın 19-u saat 17:00-dək, tender təklifi, bank zəmanəti və iş qrafikini isə sentyabrın 28-i saat 16:00-dək Dövlət Sərhəd Xidmətinin Tender Komissiyasına təqdim etməlidirlər.

 

Tender təkliflərində sərfəli qiymət və yüksək keyfiyyətlə qiymətləndirilən meyarlara üstünlük veriləcəyi bəyan edilib.

 

İddiaçıların təklifləri sentyabrın 29-u saat 15:00-da Bakı şəhəri, Zərifə Əliyeva küçəsi,30 ünvanında yerləşən Dövlət Sərhəd Xidməti Aparatının inzibati binasında açılacaq.

 

Ağa AKİFOĞLU

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı