Modern.az

“...YAP-a alternativ ola bilməzlər”

“...YAP-a alternativ ola bilməzlər”

Güncel

25 Avqust 2016, 13:48

“Təşviqat qruplarının qeydə alınması Mərkəzi Seçki Komissiyasının səlahiyyətindədir. Konstitusiyada dəyişikliklər edilməsi məqsədi ilə 2016-cı il sentyabrın 26-na təyin edilmiş referendum üzrə təşviqat qrupunun qeydə alınması üçün zəruri olan referendum sənədlərinin müvafiq seçki komissiyasına təqdim edilməsi müddəti avqustun 22-də başa çatıb”.

 

Bunu Modern.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib.

 

YAP funksioneri müxalifətin təşəbbüs qrupları yaratmasına da münasibət bildirib. Siyavuş Novruzovun sözlərinə görə, onlar təbliğat-təşviqat zamanı YAP-a alternativ ola bilməzlər.

 

“Ümumiyyətlə, YAP-a təbliğat və təşviqat zamanı hər hansı siyasi qurum, təşkilat, partiya, fərd heç zaman alternativ ola bilməyib. Heç bundan sonra da ola bilməyəcəklər”.

 

Aqşin Kərimov

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı