Azərbaycan Milli Məclisinin deputatı Musa Quliyev Qara Dəniz İqtisadi Əməkdaşllq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) vitse-prezidenti kimi sentyabrın 18-də Rusiya Dövlət Dumasına keçiriləcək seçkiləri müşahidə edəcək.
Modern.az saytının məlumatına görə, Musa Quliyev QDİƏT PA-nın vitse-prezidenti qismində seçkiləri Kazan şəhərində izləyəcək. Bu müşahidələr əsasında Musa Quliyev Rusiya Dövlət Dumasına keçiriləcək seçkilərlə bağlı QDİƏT PA-ya hesabat verəcək.
Qara Dəniz İqtisadi Əməkdaşllq Təşkilatı Parlament Assambleyası isə Rusiya Dövlət Dumasına keçiriləcək seçkiləri məhz azərbaycanlı deputatın hesabatı əsasında qiymətləndirəcək.
Modern.az