Modern.az

ABŞ-da partlayış baş verib

ABŞ-da partlayış baş verib

Aktual

17 Sentyabr 2016, 23:05

ABŞ-ın Nyu-Cersi şəhərində marafon öncəsi partlayış törədilib, insident nəticəsində xəsarət alan olmayıb. Modern.az saytı xəbər verir ki, APA-nın məlumatına  görə, kustar üsulla hazırlanmış partlayıcı qurğu zibil qutusunda yerli vaxtla 09.30-da (Bakı vaxtı ilə 17.30-da)  partladılıb.  

 

Saat 9.00 planlaşdırılmış 5 km-lik xeyriyyə marafonun startı qeydiyyatla əlaqədar yubanıb. Partlayışdan sonra marafonun keçirilməməsinə qərar verilib.  

 

Məlumata görə, hadisə yerinin yaxınlığında daha bir partlayıcı qurğu aşkarlanıb. 

 

İnsident polis tərəfindən araşdırılır.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı