Modern.az

Azərbaycan Kubokunun püşkatması 6 oktyabrda olacaq

Azərbaycan Kubokunun püşkatması 6 oktyabrda olacaq

Актуально

3 Oktyabr 2016, 16:56

Azərbaycan Kubokunda 2016/2017-ci illər mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib.

 

Modern.az saytı Peşəkar Futbol Liqasının(PFL) rəsmi saytına istinadən verdiyi məlumata görə, tədbir oktyabrın 6-da olacaq.

 

AFFA-nın inzibati binasında keçiriləcək püşkatma saat 12:00-da başlayacaq.

 

Bu il Azərbaycan Kuboku uğrunda 19 komanda yarışacaq. Bunlar "Qarabağ", "Zirə", "Qəbələ", "İnter", "Kəpəz", "Neftçi", AZAL, "Sumqayıt", "Rəvan", "Qaradağ Lökbatan", "Ağsu", MOİK, "Şəmkir", "Zaqatala", "Turan Tovuz", "Bakılı", "Şahdağ", "Şərurspor", "Səbail"dir.

 

 

Mirmahmud KAZIMOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı