Modern.az

ABŞ-dakı partlayışa qaz sızması səbəb olub

ABŞ-dakı partlayışa qaz sızması səbəb olub

Aktual

5 Oktyabr 2016, 00:38

ABŞ-ın Nyu-Cersi ştatının Paterson şəhərində yaşayış binalarından birində baş vermiş partlayış nəticəsində 10 yanğınsöndürən xəsarət alıb. Modern.az saytı xəbər verir ki, APA-nın məlumatına görə, kəskin qaz iyindən narahat olan sakinlər qaz xəttində nasazlıq barədə yanğınsöndürənləri və polisi məlumatlandırıblar. Hadisə yerinə dərhal cəlb olunan müvafiq qüvvələr sakinləri sızma qeydə alınan binadan və yaxınlıqdakı bir neçə evdən təxliyə ediblər. 

 

Sakinlər binaları tərk etdikdən sonra güclü partlayış baş verib. Partlayış nəticəsində iki azmərtəbəli bina tamamilə dağılıb, üçüncü binada isə dam örtüyü uçub və yanğın baş verib.   

 

Xəstəxanaya 10 yanğınsöndürən yerləşdirilib. Onların travmalarının ağır olmadığı bildirilir.

 

Hadisə nəticəsində 38 ailə evsiz qalıb, sakinlərdən xəsarət alan olmayıb. 

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı