Modern.az

Türkiyə Ukrayna ilə sülh bağladı

Türkiyə Ukrayna ilə sülh bağladı

مورد توجه

7 Oktyabr 2016, 00:45

Bu gün Dünya Çempionatı - 2018-in Avropa zonası üzrə seçmə mərhələdə ikinci turun oyunlarına start verilib. Modern.az saytı xəbər verir ki, bu gün  D, G və İ qruplarında yer alan milli komandalar meydana çıxıb. Günün əsas oyunlarından biri Türkiyədə keçirilib. Türkiyə-Ukrayna oyununun ilk hissəsi məhsuldar olub. Azarkeşlər oyunda ilk qolu 24-cü dəqiqədə görüb. Belə ki, Andrey Şevçenkonun yetirmələri ilk hissənin 24-cü dəqiqəsində Andrey Yarmolenkonun penaltidən vurduğu qolla önə keçiblər. Ukrayna millisı 27-ci dəqiqədə Artyom Kravetsin vurduğu qolla hesabı  0-2 edib.

Türkiyə millisi ilk hissədə vurulan qollardan ancaq birinin əvəzini çıxa bilib. Oyunun  45-ci dəqiqəsində Ozan Tufan vurduğu qolla hesabı 1-2 edib.

Oyunda son nöqtəni isə Türkiyə komandası qoyub. Belə ki, 81-ci dəqiqədə Çalhanoğlu penaltini qola çevirə bilib və hesab bərabərləşib: 2-2. Oyun elə bu hesabla da başa çatıb.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı