Modern.az

Çinin ən varlı adamının 32 milyard dolları var

Çinin ən varlı adamının 32 milyard dolları var

مورد توجه

13 Oktyabr 2016, 14:35

Çində ölkənin ən varlı adamı müəyyənləşdirilib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu “DalianWandaGroup”un 62 yaşlı rəhbəri Van Tszyanlin olub.

 

Onun varidatı 32,1 milyard dollardır.

Van Van Tszyanlin 2013 və 2015-ci ildə də Çinin ən varlı sakini kimi tanınıb. 2013-cü ildə onun var-dövləti 22 milyard dollar idi.

 

Reytinqdə ikinci yeri 30,6 milyard dollarla Çinin ən böyük “AlibabaGroup” internet şirkətinin yaradıcısı Cek Ma tutub.

 

Ondan sonra 24,6 milyardla “Tencent” telekommunakasiya şirkətinin yaradıcısı Ma Xuaten gəlir.

 

Dördüncü sırada Yao Çjenxuadır. Daşınmaz əmlak sahəsindəki şirkətin 45 yaşlı rəhbərinin varidatı 17,2 milyard dollardır.

 

Dünyada 754 çinli milyader olduğu bildirilir.

 

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı