Modern.az

"Bank Standard"ın 3 min əmanətçisinə 100 milyon ödəniş edilib

"Bank Standard"ın 3 min əmanətçisinə 100 milyon ödəniş edilib

Актуально

14 Oktyabr 2016, 18:07

Lisenziyası ləğv edilmiş "Bank Standard" Kommersiya Bankında qorunan əmanətlər üzrə kompensasiyaların ödənişi davam edir. Artıq 3 mindən çox əmanətçiyə 100 milyon manata yaxın ödəniş edilib.

Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətindən Modern.az-a bildiriblər ki, "Bank Standard" Kommersiya Bankının əmanətçilərinin sayının çox olmasını və əmanətçilər arasında sosial həssas təbəqələrin olmasını nəzərə alaraq, kompensasiyaların verilməsi prosesi şənbə günü – oktyabrın 15-də saat 10:00-dan 15:00-dək davam edəcək.

Qorunan əmanətlər öz valyutasında ödənilir. Bir əmanətçinin bir neçə valyutada əmanəti olduqda yəni həm milli, həm də xarici valyutalarda əmanəti olduqda isə kompensasiyalar "Əmanətlərin Sığortalanması haqqında" Azərbaycan Respublikası Qanununa müvafiq olaraq toplanılır və sığorta hadisəsi baş verən günü (4 oktyabr 2016-cı il) rəsmi məzənnəyə müvafiq olaraq manatla ödənilir.

Kompensasiyaların ödənişi "Bank Standard" Kommersiya Bankının baş ofisi daxil olmaqla Bakı şəhəri və regionlarda yerləşən 14 filialında həyata keçirilir.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı