Modern.az

İran nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib

İran nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib

Актуально

19 Oktyabr 2016, 20:54

Bakıya dostluq səfəri çərçivəsində İran İslam Respublikası Hərbi Dəniz Qüvvələrinin hərbi "Dəmavənd" və "Cövşən" gəmilərinin şəxsi heyəti oktyabrın 19-da Fəxri xiyabanda Heydər Əliyevin, akademik Zərifə Əliyevanın məzarlarını, Şəhidlər xiyabanını ziyarət ediblər.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, iranlı hərbçilər Heydər Əliyevin məzarı və "Əbədi məşəl" abidəsinin önünə əklil qoyublar.

 

Ziyarətdən sonra 1-ci dərəcəli kapitan Əbdülhüseyn Zəfərinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin Qərargah rəisi 1-ci dərəcəli kapitan Şahin Məmmədov ilə görüşüb.

 

Oktyabrın 21-dək davam edəcək səfər çərçivəsində gəminin şəxsi heyətinin mədəni və tarixi abidələrlə tanışlıq məqsədilə Bakıda gəzintisi, həmçinin futbol üzrə yoldaşlıq görüşünün keçirilməsi də planlaşdırılır.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı