Modern.az

Səfir: “Qarabağla bağlı mövqeyimiz dəyişməyib”

Səfir: “Qarabağla bağlı mövqeyimiz dəyişməyib”

Güncel

21 Oktyabr 2016, 17:27

“ABŞ-ın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi dəyişməyib və Azərbaycan və Ermənistan ilə bu münaqişənin həlli üçün səylərini davam etdirir”.

 

Modern.az-ın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib. Səfir söyləyib ki, sabah ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik Azərbaycana səfər edəcək.

 

R.Sekutanın sözlərinə görə, səfərdə məqsəd tərəfləri yaxınlaşdırmağa cəhd etmək və münaqişənin həllinə təkan verməkdir.

 

Ağa AKİFOĞLU

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı