Modern.az

İŞİD lideri məğlub olduqlarını etiraf etdi

İŞİD lideri məğlub olduqlarını etiraf etdi

Актуально

1 Mart 2017, 13:13

İŞİD lideri Əbu Bəkr əl-Bağdadi qruplaşmanın son döyüşlərdə məğlub olduğunu etiraf edib.

 

Modern.az xəbər verir ki, İraqın “Alsumaria” telekanalının məlumatına görə, Bağdadi öz vida nitqində tərəfdarlarına dağlıq bölgələrdə gizlənərək silahlı mübarizəni davam etdirməyə çağırış edib.

 

“İŞİD lideri bunu vida çıxışı adlandırıb və qruplaşmanın İraqın Naynava və digər bölgələrində məğlubiyyətə düçar olduğunu etiraf edib. O, çıxışında tərəfdarlarına İraqın və Suriyanın dağlıq bölgələrində gizlənməyi məsləhət görüb”.

 

Hazırda İraq ordusu Mosulun qərb məhllələrinə hücumu davam etdirir.

 

Vüqar İSMAYILOV

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı