Modern.az

İclas çağırıldı - Türkiyə Qara dənizdə gəminin batması şəraitini araşdırır

İclas çağırıldı - Türkiyə Qara dənizdə gəminin batması şəraitini araşdırır

Aktual

19 Aprel 2017, 11:39

Türkiyənin "Gunes shipping" şirkəti Qara dənizdə operatoru olduğu "Qeroi Arsenala" yük gəmisinin batması şəraitini araşdırır. Trend-in məlumatına görə, bu barədə şirkətdən məlumat verilib.

 

Şirkət əməkdaşı bildirib: "Qeroi Arsenala" - bizim gəmidir. Biz qəzanın baş vermə və səbəblərini araşdırırıq. Hazırda bu qəza ilə bağlı iclas gedir".

Qeyd edək ki, “Qeroi Arsenala” yük daşıyan gəmisi Qara dənizdə qəzaya uğrayıb.

İlkin məlumata görə, yük gəmisi Rostov vilayətindən Türkiyəyə buğda aparırmış.

 

Batan gəminin göyərtəsində 8 Rusiya, 3 Ukrayna və 1 Gürcüstan vətəndaşının olduğu bildirilir. Onlardan yalnız bir nəfərin həyatını xilas etmək mümkün olub.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı