Modern.az

PKK 12 türk hərbçisinin ölümünə görə məsuliyyəti üzərinə götürdü

PKK 12 türk hərbçisinin ölümünə görə məsuliyyəti üzərinə götürdü

Актуально

27 Aprel 2017, 22:51

PKK terror təşkilatı 12 türk hərbçisinin ölümünə görə məsuliyyəti üzərinə götürüb. Modern.az Rusiya mediasına istinadən xəbər verir ki, Bitlis əyalətində 12 türk hərbçisinin ölümü ilə nəticələnən son iki hücumu PKK-nın hərbi qolu olan HPG qruplaşması törədib.

Məlumata görə, aprelin 25-də HPG terror qruplaşmasının qadınlardan ibarət “YJA-Star” dəstəsi Şeyx Kuma rayonunda yerləşən hərbi hissəni qumbaraatanlardan atəşə tutub. Nəticədə, 10 hərbçi həlak olub.

Aprelin 26-da HPG terrorçuları Hizan rayonunda hərbçiləri atəşə tutublar. Nəticədə iki hərbçi həlak olub.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı