Modern.az

Yol Polisinin keçmiş mətbuat katibi təqaüdə göndərildi

Yol Polisinin keçmiş mətbuat katibi təqaüdə göndərildi

Актуально

15 Noyabr 2017, 11:08

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin polkovniki təqaüdə göndərilib.

 

APA-nın məlumatına görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmri ilə Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti şöbəsinin rəisi, polis polkovniki Ərəstun Məcidov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Onun yerinə hələlik təyinat yoxdur.

 

Qeyd edək ki, Ə. Məcidov əvvəllər BDYPİ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi - mətbuat katibi vəzifəsində çalışıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı