Modern.az

ADU-da Hindistan milli geyimlərinin nümayişi keçirilib

ADU-da Hindistan milli geyimlərinin nümayişi keçirilib

Aktual

16 Noyabr 2017, 16:06

Noyabrın 16-da Azərbaycan Dillər Universitetinin (ADU) foyesində Hindistan milli geyimlərinin nümayişi keçirilib.

 

Tədbirdə iştirak edən Hindistanın ölkəmizdəki səfirliyinin nümayəndəsiNorbu Neqi ADU-da olmaqdan məmnun olduğunu bildirib. Universitetin Hindi dili və mədəniyyəti mərkəzi tərəfindən təşkil olunan bu nümayişi yüksək qiymətləndirən N.Neqi əyləncəli və həvəsləndirici tədbirin təşkilinə görə təşəkkürünü bildirib.

 

Tədbirdə hindlilərin geyim tərzləri, milli geyimlərinin növləri və istifadə etdikləri aksessuarlarınsimvolik mənaları haqqında ətraflı məlumat verilib.

Libaslaruniversitetin Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin Hindistanşünaslıq ixtisasında təhsil alan tələbələr tərəfindən nümayiş etdirilib.

 

Tədbirdəqonaqlar Hindi dili və mədəniyyəti mərkəzinin müdiri Saidə Mirzəyeva və Hindistanşünaslıq ixtisasında təhsil alan tələbələrin ifasında hind milli rəqslərini izləyiblər.

ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla Hindistana məhəbbətin həmişə xalqımızın qəlbində olduğunu söyləyib. Rəqslərə baxıb, geyim nümayişini nəzərdən keçirdiyini deyən rektor bildirib ki, tədbir qonaqlarınböyük mədəniyyətin nişanələri ilə tanış olmalarına səbəb olub. Tədbirin təşkilində əməyi keçən şəxslərə minnətdarlığını bildirən rektor K.Abdulla bu tədbirin universitetdə hindi dili və mədəniyyətini öyrənən tələbələrlə yanaşı, başqa ölkələr haqqında bilikləri mənimsəyən tələbələrin də rəğbət və məhəbbətini qazandığını deyib.

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı