Modern.az

Autizmli uşaqların valideynlərinə KÖMƏK - yeni kitab nəşr olundu  

Autizmli uşaqların valideynlərinə KÖMƏK - yeni kitab nəşr olundu   

Актуально

12 Mart 2018, 11:31

“Azərkitab”da müəllif Lalə İsmayılovanın “Autizm - ev şəraitində təlim” adlı kitabın təqdim etmə mərasimi olub.

Modern.az-ın məlumatına görə, autizmli uşaq anası olan Lalə Ismayılova Xarici Dillər Universitetinin tərcümə fakultəsini bitirib, övladına autizm diaqnozu qoyulduqdan sonra bütün həyatı dəyışən müəllif bu xəstəliyə qalib gəlmək ücün bu sahəni öyrənməyə, bir mütəxəssis kimi öyrəndiklərini tətbiq etməyə başlayıb. O, Rusyanın Surgut şəhərində "Aprel" reabilitasiya mərkəzində oxuyub və elə orada uşaqlara təlim verib. Daha sonra Amerikanın Autizm and the environment online kursunu bitirib və hazırda Amerikanın Autizm society yəni Autizm cəmiyyətinin üzvüdur. Türkiyyədə autizm üzrə ailə təhsili alıb.

Kitabdaki təlimin əsasında tanınmış alim, amerikalı mütəxəssis Tara Delaninin xüsusi qayğıya ehtiyaci olan uşaqlar ücün hazırladıgı sistem durur. Autizmli uşağa sahib valideynlər ücün faydalı vəsait olan bu kitabdakı təlimlərlə cox əngəlləri aşmaq mümkündür. Oyunlar əsasında qurulan təlimdə uşaqlar əylənərək öyrənəcəklər. Hər bir oyunun böyük hədəfləri və məqsədləri var. Sistemli şəkildə qurulan oyunlar sonda autizmli uşagın hansisa bacarıgı qazanmasına səbəb olur. Bu kitabla öz övladı ilə yanaşı, başqa autizmli uşaqlara və analara dəstək olmaq istəyən Lalə İsmayılova onları autizmə təslim olmamağa cağırır:

“Autizm hər şeyin sonu demek deyil. Erkən mudaxilə, doğru yol secməklə və düzgün vasitələrdən istifadə edərək autizmə qalib gəlmək mümkündür. Autizmli uşaqlarla zərgər dəqiqliyi ilə işləmək lazımdı”.

Təqdimat mərasimində mütəxəssislər - psixoloq Kəmalə Əliyeva, psixoloq-reabilitoloq Ilham Osmanlı, yazıçı Cinarə Köcərli, Birgə və Saglam İB - nin sədri Aytən Eynalova cixiş edərək, bu kitabın autizmli uşaq sahibi olan valideyinlərin maariflənməsində, onların övladları ücün faydalı ola bılməsində əhəmiyyətli rol oynayacagına inandıqlarını bildiriblər.

Təqdimat mərasiminde Lalə İsmayılovanın ideyası ilə autzmli yenıyetmə Əliyev Xaqan və muəlliməsi İsmayılova Firuzənın Eurovision qalibləri Eldar Nigarın birgə ifa etdikləri “Running Scared” mahnısının sədaları altında etdikləri rəqs marağa səbəb olub.

Tədbirə qartılan mügənni Eldar bu rəqsi alqışlarla qarşılayaraq, autizmli gəncə öz diskini hədiyyə edib. Təqdimat mərasimi Tüzalə Ağayevanın autizmli uşaqlara həsr etdiyi “Fərqliyəm” mahnısının sədaları altında davam edib.

Qeyd edək ki, tədbir “Umid var” xeyriyyə birliyinin dəstəyi ilə düzənlənib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı